Bakıda səhər saatlarında qadın intihara cəhd edib.
Bu barədə hadisə şahidləri məlumat verib.
Hadisə Ziya Bünyadov prospektində baş verib.
Videodan da görünür ki, gənc qadın prospektdəki körpüyə qalxaraq, var-gəl edir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.
Onu fikrindən daşındırmaq istəsələr də, qadın özünü körpüdən atıb.
Şahidlərin sözlərinə görə, yolda açılan hava yastığı qadını xilas edib. (Oxu.az)