Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Qol.az xəbər verir ki, təmsilçilərimizdən ilk olaraq “Səbail” meydana çıxacaq.
Aftandil Hacıyevin komandası Rumıniyada “Universitatya Krayova”nın qonağı olacaq. Bakıdakı görüşdə 2:3 hesabı ilə uduzan "Səbail"i səfərdə çətin oyun gözləyir.
18 iyul
Avropa Liqası, 1-ci təsnifat mərhələsnin cavab oyunu
20:00 “Universitatya Krayova” (Rumıniya) – “Səbail” (Azərbaycan)
İlk oyun - 3:2
Baş hakim: Helki Mikael Yonasson (İslandiya)
Krayaova. İon Oblemanko stadionu