24 iyul 2019 13:29
402

Hindistanda daşqınlar nəticəsində yüzdən çox adam ölüb

Hindistanın şərqindəki Bihar ştatında daşqınlar 8 milyondan çox insana təsir edib, təbii fəlakət 106 insanın ölümünə səbəb olub.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, təbii fəlakət ştatın 12 dairəsində toplam 8 milyon 55 min adama təsir edib. Daşqınlar daha çox 27 nəfərin öldüyü Sitamarha dairəsinə təsir edib.

Daşqınlara Nepal ərazisinə yağan güclü yağışlar və nəticədə region ərazisindəki bir neçə çayda suyun səviyyəsinin kəskin artması səbəb olub. Təbii fəlakətlərin qarşısının alınması idarəsindən bildiriblər ki, çaylarda suyun səviyyəsi düşməyə başlayıb.