22 avqust 2019 11:50
566

Azərbaycan Turizm Bürosu Rusiyada silsilə təqdimatlar keçirəcək

Avqustun 27-dən 29-dək Azərbaycan Turizm Bürosu Rusiya Federasiyasının Yekaterinburq, Moskva və Kazan şəhərlərində silsilə təqdimatlar keçirəcək.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə 3-ü hotel olmaqla, Azərbaycandan 10, Rusiyadan 100-ə yaxın turizm şirkəti iştirak edəcək.

Müxtəlif turizm istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq.

Görüşlər zamanı əməkdaşlıq imkanları müzakirə olunacaq və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq.