Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçularından ibarət işçi qrupu tərəfindən birlik, birləşmə və hərbi hissələrdə gənc əsgərlərin yeni həyat şəraitinə uyğunlaşması, hərbi xidmətə adaptasiya olunması və mənəvi-psixoloji hazırlığı istiqamətində yerinə yetirilən psixoloji işə dəstək fəaliyyətləri həyata keçirilib.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşlərdə əsgərlər üçün yaradılan xidməti-məişət şəraiti öyrənilib, hərbi qulluqçularla maarifləndirici söhbətlər aparılıb, psixoloji testlər keçirilib və müvafiq tövsiyələr verilib.
Bundan əlavə birliklər və qoşun növlərində müvafiq kateqoriyadan olan zabit heyəti ilə ideoloji və psixoloji işin təşkili, hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi və digər mövzularda təlim-metodiki toplantılar da keçirilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib