09 sentyabr 2019 16:58
832

Naxçıvan Qarnizonu qoşunlarında komanda-qərargah təlimi başlayıb

Naxçıvan Qarnizonu qoşunlarında ərazidə ikitərəfli üçpilləli komanda-qərargah təlimi başlayıb.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün praktiki fəaliyyətlərə cəlb edilmiş birləşmə və hissələr təlim-döyüş həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.
“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən keçirilən komanda-qərargah təlimi sentyabrın 14-dək davam edəcək.