Kompleksdə mənzillərin qiymətinin Yasamal Yaşayış Kompleksi ilə müqayisədə ucuz olacağı gözlənilir
Hövsan Yaşayış Kompleksində binaların tikinti-quraşdırma işləri yekunlaşıb, hazırda təmir-bəzək işləri aparılır.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.
Qeyd olunub ki, yaşayış kompleksində 11 bina inşa edilir. Bu binalardan 4-ü 10 mərtəbəli, 7-si isə 7 mərtəbəlidr. Ümumilikdə həmin binalarda 2962 mənzil yerləşir.
Layihəyə uyğun olaraq, kompleksdə uşaq bağçası, ümumtəhsil məktəbi, tibb məntəqəsi tikiləcək, o cümlədən sakinlərin istirahəti üçün zəruri infrastruktur yaradılacaq. Mənzillərin qiyməti satış zamanı verilən elanda qeyd olunacaq. Hazırda Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan verilməyib. Bununla belə, sözügedən kompleksdə mənzillərin qiymətinin Yasamal Yaşayış Kompleksi ilə müqayisədə nisbətən ucuz olacağı gözlənilir.
Xatıraldaq ki, Hövsan Yaşayış Kompleksi Suraxanı rayonu ərazisində Hövsan qəsəbəsinin yaxınlığında 29 hektarlıq ərazidə yerləşir. Bu yaşayış kompleksinin tikintisi sürətlə davam etdirilir.