Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədr müavini Namiq Babayev sentyabrın 20-də Hacıqabulda vətəndaşları qəbul edəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, qəbul saat 10.00-da Hacıqabul şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Hacıqabul, Şirvan, Saatlı, Sabirabad rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların DİM-in internet saytına (http://eservices.dim.gov.az/sedrinqebulu/) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya mərkəzin Şirvan regional müraciət etmələri xahiş olunur.
Bundan əlavə, qəbula gəlmək istəyənlər sentyabrın 19-dək (şənbə və bazar günləri istisna olmaqla, saat 10.00-dan 17:00-dək) Şirvan, Saatlı, Sabirabad rayon təhsil şöbələrinə müraciət etməklə də qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq