19 sentyabr 2019 16:28
683

Zərifdən ABŞ-a müharibə xəbərdarlığı: "Trampı aldatmaq üçün..."

“Öz yaxşılıqları üçün axtardıqlarını tapa bilmədikləri üçün dua etməlidirlər”.

Publika.az xəbər verir ki, bunu İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”ya edilən hücumu müharibə səbəbi adlandırmasına və İranı günahlandırmasına cavab olaraq deyib.

Tvitter hesabından ittihamları təkzib edən nazir Pompeonun İrana qarşı müharibəni alovlandırmağa çalışdığını deyib: “B komandasının qalıqları və hirsli müttəfiqləri Donald Trampı müharibəyə çəkmək üçün aldatmağa çalışır. Onlar hələ də kinli olduqları üçün 4 il öncə yoxa çıxara bilmədikləri İrandan çox daha kiçik olan Yəmənlə müharibədə cəzalarını çəkirlər”.

Qeyd edək ki, Zərifin B komandası adlandırdığı insanlar istefaya gedən Con Bolton, İsrailin baş naziri Binyamin Netanyahu, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman və Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zahiddir.