29 aprel 2024 01:54
260

Gürcüstanın keçmiş dövlət naziri saxlanılıb, “İmedi”nin jurnalisti yaralanıb

Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiya üzrə keçmiş dövlət naziri Aleksey Petriaşvili Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən aksiyada polis tərəfindən inzibati qaydada saxlanılıb.

Tbilisidə nümayişçilərlə

polis arasında

toqquşmalar başlayıb

“İki sahil” xəbər verir ki, bu barədə TASS-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sabiq nazir polisə tabe olmadığına və xırda xuliqanlıq etdiyinə görə inzibati qaydada saxlanılıb.

Gürcüstan mətbuatı yazır ki, 2012-2014-cü illərdə dövlət naziri vəzifəsində çalışmış Petriaşvili polislə toqquşma zamanı etirazçılar hüquq-mühafizə orqanlarının kordonunu yarmaq və parlamentin qarşısında səhnəyə çıxmaq istəyən zaman saxlanılıb.

Digər məlumata görə, Tbilisidə “İmedi” telekanalının jurnalisti polislə toqquşma zamanı yaralanıb və xəstəxanaya yerləşdirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”