Azərbaycanda sosial şəbəkələrdə narkotiki təbliğ edən həbs edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğ etməsini əks etdirən videogörüntü yayılıb.
Məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Nəticədə narkotiki təbliğ edənin Rafiq Qulizadə olması müəyyən edilib və saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı 0,335 qram marixuana aşkar edilib.
Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
O, məhkəmənin qərarı ilə 29 sutka müddətində inzibati qaydada həbs edilib.
BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb
Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil - Gülnar Rzayeva
Beynəlxalq Astronavtika Konqresində kosmik texnologiyaların təhsilə inteqrasiyası müzakirə olunur