05 noyabr 2019 15:25
1056

"Qalatasaray" Madridə 19 futbolçu ilə gedir - SİYAHI

"Qalarasaray"ın Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Real"la səfər oyunu üçün heyəti açıqlanıb.

Milli.Az xəbər verir ki, İstanbul klubu Madridə 19 futbolçu ilə gedəcək. Heyətdə zədəli olan Radamel Falkao və Şener Özbayraklı yer almayıb.

Qapıçılar: Fernando Muslera, Okan Koçuk

Müdafiəçilər: Ömer Bayram, Mariano Filho, Kristian Luyindama, Markao, Yuto Naqatomo, 

Yarımmüdafiəçilər: Ryan Donk, Jan Mişel Seri, Adem Büyük, Selçuk İnan, Yunes Belhanda, Batuhan Şen, Sofyan Fequli, Steven Nzonzi, Emre Mor, Mario Lemina

Hücumçular: Rayan Babel, Florin Andone

Qeyd edək ki, "Real" - "Qalarasaray" görüşü sabah keçiriləcək.