Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov tərəfindən 2019-cu il noyabr ayının 23-də Göyçay Rayon Polis Şöbəsində Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulub.
DİN-dən “İki sahil”ə verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Xocalının Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
Sumqayıtda şəhid ailələri, qazilər, müharibə iştirakçıları və aztəminatlı ailələr üçün göz müayinəsi təşkil edilib
Qvineyada "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş" təsdiqlənib