Firuzə Gülalıyeva həyat yoldaşı hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.
Trend-in məlumatına görə, F.Gülalıyeva İTV telekanalına müsahibəsi zamanı deyib ki, həyat yoldaşının müalicəsi Türkiyədə davam etdiriləcək:
“Heydər Əliyev Fondunun təşəbbüsü nəticəsində, bizim istəyimizi nəzərə alınaraq Oqtay Gülalıyevin Türkiyədə xəstəxanaya yerləşdirilməsi qərara alındı. Xəstə bu gün artıq Türkiyəyə yola salınıb. Heydər Əliyev Fondu bizim istəyimizi nəzərə alıb Oqtay Güləliyevin Türkiyədə müalicəsinin davam etdirilməsinə və ona yardımçı olmasına dəstək oldu”.
Qeyd edək ki, avtomobil qəzası nəticəsində başından ciddi xəsarət alan Oqtay Gülalıyevin müalicəsi Türkiyədə davam etdiriləcək.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
Prezident İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB/FOTO
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB/FOTO
Prezident: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın