11 sentyabr 2026 14:15
111

Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb

Gələcəkdə Naxçıvanda Azərbaycan ilə Türkiyə arasında birbaşa elektrik enerjisi əlaqəsinin əsas elementlərindən biri olacaq çevirici yarımstansiyanın tikintisi üçün nəzərdə tutulmuş ərazi "AzərEnerji" ASC-yə ayrılıb.

“İki sahil” xəbər verir ki, bu sözləri “AzərEnerji” ASC İdarə Heyətinin sədri Balababa Rzayev Azərbaycan-Türkiyə V Enerji Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Naxçıvan ərazisində Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik veriliş xəttinin layihələndirilməsi üzrə müvafiq işlər yerinə yetirilib.

“TRIPP enerji komponentinin həyata keçirilməsi Azərbaycanın əsas enerji sistemini Naxçıvanın enerji sistemi ilə birləşdirməyə və bununla da Türkiyə ilə elektrik əlaqəsinin daha da inkişaf etdirilməsi üçün zəruri infrastruktur bağlantısını formalaşdırmağa imkan verəcək. "AzərEnerji" bu əməkdaşlığı yüksək qiymətləndirir və onun eyni intensivliklə davam etdirilməsinə çalışır”, - deyə o qeyd edib.