06 noyabr 2019 20:25
2397

Pəhriz və idmansız da arıqlamaq olar

Artıq çəki son illərdə bəşəriyyətin ən həssas bir mövzusuna çevrilib. Bir çox insan arıqlamaq istəyir, xüsusən də daim gözəl görünmək istəyən xanımlar. Bəzi insanlar ac qalmaqla və yaxud aşırı dərəcədə idman etməklə qısa bir müddət ərzində arıqlamaq istəyir. Amma pəhriz saxlamadanvə idman etmədən də arıqlamaq olar, sadəcə arıqlama müddətini düzgün planlaşdırmaq lazımdır.

Yemək porsiyalarınızı azaldın. Özünüzə balaca qab alın və bununla qida qəbulunu azaltmış olarsınız. İlk  vaxtlar bu metod sizə çətin gələ bilər, lakin sonra  bu, alışqanlıq halına çevriləcək.

Bəzən əhatəmizdə gözəl və öz həyat tərzinə diqqətilə yanaşan insanlarla ünsiyyət qurarkən öz həyatımıza belə gözəllik qatmış oluruq . Beləliklə, bu insanların qida rasionunu gördükdə, özünüzü ələ almış olursuz. Bu, sizə yeni bir stimul verir və gələcəkdə gözəl görünüşə sahib ola bilməyiniz üçün sanki bir təkan olur.

Şirniyyat və qazlı içkilərdən uzaq durun. Şirniyyatdan həftədə 1-2 dəfə istifadə etmək məsləhətlidir. Çünki şirniyyat və ya qazlı içkilərdən istifadə zamanı 300-500 kalori qəbul etmiş oluruq. Şəkərsiz qazlı içkilərdən də istifadə etmək  məsləhət deyil, çünki onların içində süni şəkər əvəz edən maddələr var. Onlar insanları daha da kökəldir.

Qaranlıqda heç bir zaman yemək yeməyin. Mütəxəssislər bildiriblər ki, yemək yediyimiz yer mütləq işıqlı olmalıdır, çünki qaranlıq yerdə iştahanın  daha çox artdığını qeyd ediblər.

Müxtəliflik yaradın. Yəni  fərqli qidaları qəbul edin. Hər bir qida məhsulunun tərkibində müxtəlif vitaminlər, minerallar var, ən başlıcası gündəlik rasionunuza daha çox meyvə və tərəvəz əlavə edin.

Qidanı yavaş-yavaş çeynəyin.Vaxtınız olmasa belə sürətlə yeməyə çalışmayın . Qida qəbulu müddəti 20 dəqiqəyə yaxın olmalıdır. Əgər yemək sürətlə qəbul edilirsə, siz daha çox qida qəbul etmiş olursunuz, bu da artıq çəki deməkdir.

Vanili biləyinizə sürtün. Bəzi ədviyyatlar var ki , iştahın qarşısını alır. Özünüzü daim formada saxlamaq istəyirsinizsə vanili biləklərinizə sürtün və görəcəksiz ki, daha az qida qəbul etməyə başlamısınız.

Hər yeməkdən öncə su için. Hər gün 1.5-2 litr su içməyə vərdiş edin, çünki su həzmi sürətləndirir.Yeməkdən 30 dəqiqə əvvəl su için, öncə içilən su iştahınızı azaldacaq.Yemək zamanı sudan istifadə etməyin. Yeməkdən 1-1.5 sonra su içə bilərsiz.

Yeməyi suşi çubukları ilə yeyin və yaxud çəngəli sol əlinizlə tutun.Beləliklə, siz qidanı tələsmədən qəbul etmiş olursunuz və belə qida qəbulu sizi, hətta yorur və yemək yemək həvəsiniz itir. 

Billionnews saytının əsasında hazırladı:

Samirə Tağıyeva, “İki sahil”