“İki sahil” xəbər verir ki, Rövşən Nəcəf paylaşımında Azərbaycanın suverenliyinin Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində tam bərpa olunduğunu vurğulayıb.
“20 Sentyabr - Dövlət Suverenliyi Günüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu”, – deyə paylaşımda qeyd edilib.
SOCAR prezidenti bu əlamətdar gün münasibətilə Azərbaycan xalqını təbrik edib, ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib.
“Dövlət Suverenliyi Günümüz mübarək!” – deyə R.Nəcəf paylaşımını yekunlaşdırıb.
