22 noyabr 2019 19:32
818

İspaniya polisi 13 çamadan kokain müsadirə edib

İspaniyanın Valensiya şəhər polisi böyük həcmdə narkotik vasitə müsadirə edib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə İspaniya Milli Polisinin məlumatında deyilir.

Məlumata əsasən, ümumi çəkisi 426 kiloqram olan 13 çamadan kokain Kosta-Rikadan gələn gəminin kokos lifləri yüklənmiş konteynerində gizlədilibmiş.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı altı nəfəri, o cümlədən yükü gətirən idxalçı firmanın menecerini, onun həyat yoldaşını və konteyneri boşaldan dörd nəfəri saxlayıb.

Narkotik vasitələr Valensiyanın Alkaser limanındakı anbarda aşkarlanıb.