Yay fasiləsində böyük səs-küylə "Qalatasaray"a transfer olunan Radamel Falkao tezliklə komandasını dəyişə bilər.
Milli.Az xəbər verir ki, bu barədə Kolumbiya mətbuatı məlumat yayıb.
Cənubi amerikalılar ulduz futbolçunun "cim-bom"dan ayrılmaq qərarına gəldiyini iddia edib. Bildirilir ki, 33 yaşlı forvard artıq MLS liqasında çıxış edən klublarla danışıqlara başlayıb. "Qalatasaray"a gələndən zədələrdən əziyyət çəkən oyunçu qış fasiləsində ABŞ-a köçmək niyyətindədi.
Qeyd edək ki, Radamel Falkao "Qalatasaray"a "Monako"dan keçib.