İspaniyanın “Renfe” dəmir yolu şirkətinin işçilərinin dekabrın 5-də keçirilən tətili ümumən 11550 min sərnişinə problem yaradıb.
AZƏRTAC İspaniya İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, dünən şirkət 155 reysi təxirə salmalı olub.
Növbəti tətil dekabrın 20-nə nəzərdə tutulub.
Dekabrın əvvəli İspaniyada nəqliyyat işçilərinin tətilləri ilə yadda qalıb.