13 dekabr 2019 14:29
703

Əfqanıstanda mina partlayışı nəticəsində 10 nəfər ölüb

Əfqanıstanın şərqində yerləşən Qəzni əyalətində yol kənarına quraşdırılmış minanın partlaması nəticəsində azı 10 nəfər həlak olub, altı nəfər isə yaralanıb.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, insident bu gün yerli vaxtla saat 10:30-da qeydə alınıb. Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibinin müavini Mərva Amininin sözlərinə görə, çox sayda mülki şəxsin olduğu avtobus Caqato və Di-Yak rayonları arasındakı torpaq yolda əldəqayırma minaya düşüb. Həlak olanların arasında dörd qadın və bir uşaq var.

Ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hələlik hücumun məsuliyyətini üzərinə götürməyib.