29 aprel 2024 11:44
247

ABŞ Ukraynada məğlubiyyətlə üzləşəcək - KXDR Müdafiə Nazirliyi

KXDR Müdafiə Nazirliyinin Hərbi Xarici Əlaqələr Departamentinin rəhbəri bildirib ki, Ukrayna hərbçilərinə verilən heç bir yardım onlara Rusiyanı məğlub etməyə kömək etməyəcək və ABŞ Ukraynada məğlubiyyətlə üzləşəcək.

“İki sahil” xəbər verir ki, onun bəyanatını Koreya Mərkəzi Xəbər Agentliyi yayıb.

Şimali Koreya rəsmisi ABŞ-ın Ukraynanı gizli şəkildə uzaqmənzilli ATACMS raketləri ilə təchiz etməsi ilə bağlı məlumatı şərh edib. KXDR-in fikrincə, nəticədə Birləşmiş Ştatlar münaqişənin daha da gərginləşməsinə təhrik edir və Ukraynadakı hərbi münaqişə artıq “əlverişsiz istiqamətdə” inkişaf edir.

“ABŞ-ın tədarük etdiyi uzaqmənzilli raketlər heç bir şəkildə vəziyyəti dəyişməyəcək, ancaq Zelenski hakimiyyətinə ehtiyatsız qarşıdurma isteriyası aşılayacaq... Dünya Vaşinqtonun Ukrayna müharibəsində məğlubiyyətini görəcək. Bu, zaman məsələsidir. Heç bir ultra müasir silah, ABŞ-ın heç bir hərbi yardımı Rusiyanı məğlub etməyəcək”, - KXDR Müdafiə Nazirliyinin nümayəndəsi əmindir.

Reuters xəbər verir ki, mart ayında ABŞ gizli şəkildə Ukraynanı ATACMS uzaqmənzilli raketlərlə təchiz edib. “The New York Times” yazır ki, Vaşinqton Kiyevə 100-dən çox belə raket göndərməyə razılaşıb.

Aprelin 24-də ABŞ Senatı Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib.