Dövlət Neft Fondunun işçiləri təltif olunub.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Neft Fondu işçilərinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Neft Fondunun 20 illiyi ilə əlaqədar fondun bir əməkdaşı 3-cü dərəcəli “Əmək” ordeni, 12 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.