27 oktyabr 2025 15:48
104

Plan bir həftə ərzində hazır olacaq - Zelenski

Ukrayna dövlət başçısı Volodimir Zelenski Ukrayna üçün atəşkəs planının yaxın yeddi-on gün ərzində hazır olacağını açıqlayıb.

“İki sahil” xəbər verir ki,  RBC-Ukrayna-nın verdiyi məlumata görə, Kiyev bu plan üzərində "könüllülər koalisiyası"nda iştirak edən ölkələrlə birgə işləyəcək.

Zelenski deyib: "Qərara gəldik ki, növbəti həftə və ya on gün ərzində bu barədə işləyəcəyik".