28 dekabr 2019 17:01
963

Cenevrə birdəfəlik plastikə görə cərimə tətbiq edir

Yeni ildən Cenevrə supermarketlərində polietilen paketlər, habelə digər birdəfəlik plastik, o cümlədən plastik qablar (stəkanlar, boşqablar, çəngəl-qaşıq) və çubuqlar qadağan ediləcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, plastikdən istifadə etməyə davam edən treyderləri 100 frank məbləğində cərimə gözləyir.

Cenevrə Kantonu Böyük Şurası bütün iş adamlarını press-reliz vasitəsilə məlumatlandırıb.

Kantonda birdəfəlik plastikin qadağan edilməsi haqqında qərar təbiəti çirkləndirən tullantıların azaldılması məqsədi ilə 2018-ci ilin martında qəbul edilib.

Bu tədbir kantonda qəbul edilmiş və 2020-ci ilin mart ayının sonuna qədər reallaşdırılacaq tullantıların idarə olunması üzrə daha geniş planın tərkib hissəsidir. Yeni tədbirlərin məqsədi 2024-cü ilə qədər tullantıları 25 faiz azaltmaqdır.