2019-cu ildə dünya ölkələri hərbi sahəyə ümumilikdə 1,8 trilyon dollardan çox vəsait sərf ediblər.
Bu barədə məlumat Jane's informasiya-analitika agentliyinin dərc etdiyi hesabatda yer alıb. “2019-cu ildə dünyanın müdafiə xərcləri 1,8 trilyon dolları ötüb. Bu, əsasən Avropa ölkələrində hərbi xərclərin artması ilə bağlıdır”, - deyə agentliyin ekspertləri bildiriblər. Müdafiə xərclərini ən çox artıran ölkə Bolqarıstandır - 125 faiz.
2019-cu ildə hərbi xərclərin həcminə görə ilk onluqda ABŞ (726 milyard dollar), Çin (217 milyard dollar), Səudiyyə Ərəbistanı (57 milyard dollar), Hindistan (57 milyard dollar), Böyük Britaniya (56 milyard dollar), Fransa (53 milyard dollar), Almaniya (48 milyard dollar), Rusiya (48 milyard dollar), Yaponiya (45 milyard dollar) və Cənubi Koreya (41 milyard dollar) qərarlaşıb. //AZƏRTAC
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb
Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir - FOTO/VİDEO