Türkiyənin Super Liqasının ilk yarısını 31 xalla tamamlayan “Fənərbaxça” Futbol Klubu ikinci yarıdan əvvəl transfer fəaliyyətlərini davam etdirir.
“İki sahil” xəbər verir ki, kosovalı hücumçu Vedat Muriqinin yanına əlavə edərək hücum xəttini gücləndirmək istəyən “sarı-mavili”lər Avstriyanın “Salzburq” komandasında oynayan alman oyunçu Mergim Berişanın transferində xoş xəbər ver. 21 yaşlı oyunçunun “Fənərbaxça”nın təklifini qəbul etdiyi və menecerinin transfer danışıqlarını aparmaq üçün İstanbula gəldiyi öyrənilib.
Qeyd edək ki, “Sarı-mavili”lər xərcləmə limiti ilə əlaqədar Türkiyə Futbol Federasiyasına müraciət etmişdi, ancaq Federasiya, “Fənərbaxça”nın istəyini rədd etmişdi.