22 yanvar 2020 14:55
1276

Gündəm olacaq İDDİA

“Şahzadə bin Salman Jeff Bezosun telefonunu “hack” etdirib”

Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salman Camal Qaşıqçının öldürülməsindən 5 ay əvvəl jurnalistin işlədiyi “Washington Post” rəhbəri Jeff Bezosun telefonunu “hack” etdirdiyi iddia olunub.

“İki sahil” xəbər verir ki, “The Guardian”ın məlumatına görə, J. Bezosun telefonuna göndərilən və “böyük ehtimalla” viruslu mesajın ardından telefonun yaddaşında olan məlumatlar böyük ölçüdə ələ keçirilib.

Qəzetin hadisəni araşdıran mütəxəssislərə istinadən verdiyi məlumata görə, şahzadə Məhəmməd bin Salman tərəfindən Jeff Bezosun telefonuna göndərilən mesajda vidus olduğunun müəyyən edilib.

Xəbərdə “hack” hadisəsindən 9 ay sonra “National Enquirer”da J.Bezosun şəxsi həyatı ilə əlaqədar xəbərlərin yayımlanmasına diqqət çəkilir, qəzetin sahibi David Peckerlə bin Selmanın yaxın münasibətləri qeyd edilir.