28 aprel 2024 15:00
256

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 38 nəfər saxlanıldı

Türkiyənin 6 vilayətində terror təşkilatı İŞİD-ə qarşı "Bozdoğan-31" əməliyyatı keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Nazir əməliyyat zamanı 38 şübhəlinin saxlanıldığını əlavə edib.