23 yanvar 2020 18:30
993

Fransalı general ABŞ-ı tənqid edib

General Qasım Süleymaninin öldürülməsi İraqdakı vəziyyəti daha da gərginləşdirəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fransua Lekuantr deyib. O, ABŞ-ın bu addımını tənqid edərək bildirib ki, iranlı generalın qətlə yetirilməsi yanlış ideya olmaqla yanaşı, həm də qanunsuzdur. Belə addımlar heç vaxt Yaxın Şərq regionuna sabitlik gətirməyəcək.

General diqqətə çatdırıb ki, Qərb dövlətləri İraqda sabitliyin yaradılması istiqamətində siyasi-diplomatik addımlar atırlar.