25 yanvar 2020 10:38
916

YAP Xəzər rayon təşkilatı xeyriyyə tədbiri keçirdi - FOTO

24 yanvar 2020-ci il tarixində YAP Xəzər rayon təşkilatı Sağlamlıq imkanları məhdud 2 saylı xüsusi internat məktəbinin şagirdləri üçün xeyriyyə tədbiri keçirdi.

Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək bildirdi ki, uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət uşaq siyasəti uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı Dövlət proqramları qəbul edilmiş, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılmış, hər bir sahədə geniş vüsət almış quruculuq işləri uşaqların təhsili və intellektual inkişafı istiqamətinə də yönəldilmişdir. Uşaqlara yüksək diqqət və qayğı ilə yanaşan Azərbaycan Prezidenti demişdir: “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir.”

Ancaq bu gün Azərbaycan uşaqları təkcə dövlət tərəfindən deyil, həm də Ulu Öndərin adını daşıyan Fond tərəfindən də böyük qayğı və diqqətlə əhatə olunub. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlər də ölkəmizdə bu istiqamətdə formalaşan ənənələrin hələ uzun illər yaşayacağına zəmanət verir.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva,
 “İki sahil”