01 fevral 2020 13:42
1699

Əmrə Mor karyerasını “Olimpiyakos”da davam etdirəcək

İstanbulun “Qalatasaray” futbol klubunda icarə əsasında çıxış edən Əmrə Morun yeni komandası müəyyənləşib.

22 yaşlı hücumçunun müqavilə ilə məxsus olduğu İspaniyanın “Selta Viqo” komandası onu yenidən icarəyə göndərib. Türk futbolçu karyerasını Yunanıstanın “Olimpiyakos” klubunda davam etdirəcək.

Qeyd edək ki, Mor cari mövsümdə “Qalatasaray”ın heyətində 12 oyunda meydana çıxıb. //AZƏRTAC