06 fevral 2020 20:25
1733

Yeni Yasamal qəsəbəsində minaatan mərmisi tapılıb

Fevralın 6-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakının Yasamal rayonunun Yeni Yasamal qəsəbəsində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan bildiriblər ki, məlumata əsasən agentliyin mobil əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri əraziyə baxış keçiriblər. Aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 82 millimetrlik minaatan mərmisi (O-832) aşkarlanıb.

Mərmi zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Həmin mərminin tapıldığı yerin ətrafında 250 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.