Yuqoslaviya idmandakı uğurları ilə dünyanın gündəmində olan Avropa ölkəsi idi. 1990-cı illərdə yaşayan vətəndaş müharibələri ilə bölünən ölkə indi tarixə qovuşsa da, nostaljisi sayəsində yenə də gündəmdədir. 27 aprel 1992-ci ildə rəsmi olaraq dağılmış Yuqoslaviyadan yeddi yeni ölkə yaranıb.
“İki sahil” xəbər verir ki, Josip Broz Titonun rəhbərliyi ilə qurulan Yuqoslaviya sözün əsl mənasında müasir Babel qalası idi. Serb, Xorvat, Sloven, Bosniya, Alban, Macar, Türk və daha çox xalqların yaşadığı Yuqoslaviya böhranlara baxmayaraq 1992-ci ilə qədər öz multikultural quruluşunu qoruyub saxlaya bildi.
1992-ci ildə parçalananda ilk olaraq parçalanan Yuqoslaviyadan Sloveniya və Xorvatiya ayrıldı, 1999-cu ildə NATO-nun müdaxiləsi ilə Kosovo son olaraq ayrılıb, müstəqilliyini rəsmi olaraq 2007-ci ildə əldə edib.
İtaliya, Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan, Albaniya və Yunanıstanla sərhəd olan Yuqoslaviyanın Qərb tərəfi Adriatik dənizi boyunca uzanırdı.
255 min kvadrat kilometr olan Yuqoslaviyada son hesablamalara görə, 22 milyon insan yaşayırdı.
Bu gün Serbiyanın paytaxtı olan Belqrad da Yuqoslaviya dövründə bu titula sahib idi. Bu gün Xorvatiya ərazisində qalan Adriatik sahili o dövrdə turistlər arasında məşhur idi.
Avropanın bir çox liqasında oynayan Yuqoslaviya futbolçulardan Türkiyədə də oynayanları olub. Cevad Prekazi, Şekerbegoviç, Simoviç həmin dövr Türkiyə klublarında yer alan əhəmiyyətli futbolculardan idi. Digər tərəfdən Yuqoslaviyanın “Kızılyıdız” və “Dinamo Zagreb” kimi güclü komandaları Avropa futboluna öz adını yazdıra bilib.
Avropanın qovşaqlarından biri olan Balkanlarda yerləşən Yuqoslaviya da təbii zəngin bir mədəniyyətə sahib idi. Türk, Serb, Alban, Macar, Xorvat, Bosniya mədəniyyətlərinin qarışıqlığı olan Yuqoslaviya musiqi müxtəlifliyi var idi.
Yuqoslaviyanı xatırladan başqa bir məqam yeni yaranan ölkələrinə yayılmış və o dövrdə tikilən abidələr idi. Yuqoslav mədəni irsinin bir hissəsi olan bu heykəllər bu gün də turistləri cəlb etməyə davam edir. Bunlardan biri Şimali Makedoniyadakı Xruşevo abidəsidir.
Dunay və Seva çaylarının kəsişməsində yerləşən Belqrad yüz illər boyu Osmanlıların Avropadakı ən əhəmiyyətli qalası özəlliyini daşıyırdı. Bu gün bu mədəni irs Kalemegdan və Terazija kimi yerlərlə xatirələrdə yaşamağa davam edir.