İyunun 26-da "Axiom Space Ax-4" missiyası çərçivəsində dörd astronavt Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatıb.
“İki sahil” xəbər verir ki, onlardan üçü Hindistanı, Polşanı və Macarıstanı təmsil edir. Bu astronavtlar orbital stansiyanın göyərtəsində öz ölkələrinin ilk nümayəndələridir.
Bu uçuş həm də ona görə unikaldır ki, astronavtlar İlon Maska məxsus "SpaceX" şirkətinin tamamilə yeni kosmik gəmisi ilə BKS-ə çatdırılıblar. Belə ki, ilk insanlı uçuşunu həyata keçirən və "Grace" adlandırılan bu təkrar istifadə edilə bilən kosmik gəminin adını ekipaj üzvləri özləri seçiblər.