Türkiyənin Adana şəhərinin Tufanbeyli qəsəbəsində yoldan çıxaraq gölməçəyə düşən minik avtomobil buz bağlayıb.
"Report" xəbər verir ki, hadisə maşının sürüşərək buzlu yoldan kənara çıxması nəticəsində baş verib.
Sürücü canını çətinliklə qurtarsa da, maşın suyun içində qalıb. Az sonra avtomobil 18 dərəcə soyuq temperaturda buza bürünüb. Çarəsiz sürücü başqa bir maşınla evinə yollanıb.
Qeyd edək ki, Tufanbeylidə soyuq hava şəraitinin üç gün davam edəcəyi bildirilir.
Putin: Rusiya və Qazaxıstan terminalların buraxılış qabiliyyətinin artırılması istiqamətində iş aparır
Paşinyanla Makron Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar
Dunay çayında suyun səviyyəsi minimuma enib, onilliklər əvvəl batmış gəmilər üzə çıxıb