Bu yaxınlarda millidə Nikola Yurçeviçin fəaliyyətinə xitam verildikdən sonra boş qalan baş məşqçi postu üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) axtarışlarını artırıb.
Publika.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov və vitse-prezident Vaqif Sadıqov Abdullah Avcını yığmamızın “sükanı arxası”na gətirmək üçün Türkiyəyə gedib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası rəsmiləri 57 yaşlı məşqçi ilə danışıqlar aparsa da, Avcı onların təklifinə konkret cavab verməyib. O, yaxın günlərdə qərarını açıqlayacağını bildirib.
Millimizə namizədlər arasında göstərilən Oleq Kononov və Luici di Byaco başqa komandalarla müqavilə bağlayıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB