Qəbələ rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə rayonun Soltannuxa kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli evdə qeydə alınıb. Nəticədə evin bir hissəsi yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb, bir nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil - Əli Nağıyev
Pezeşkianın BMT-də çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalda olmamasına dair məlumalar həqiqəti əks etdirmir