16 fevral 2020 14:32
1281

Naxçıvanda gənclərin sayı 141,6 min nəfərə çatıb

Bu il yanvarın 1-i tarixinə muxtar respublikada gənclərin sayı 141,6 min nəfərə çatıb. Bu da ümumi əhalinin 30,8 faizini təşkil edir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2019-cu ildə muxtar respublikada 2 min 656 nikah bağlanıb, nikaha girənlərdə orta yaş həddi kişilərdə 28,3, qadınlarda isə 24 yaş təşkil edib. 2010-cu ildən 1 yanvar 2020-ci il tarixədək muxtar respublikada 29,7 min nikah qeydə alınıb.