Çempionlar Liqasının 1/8 final mərhələsində səfərdə “Atletiko”ya 0:1 hesabı ilə məğlub olan “Liverpul” itki ilə üzləşib.
Mersisayd klubunun kapitanı Cordan Henderson sıradan çıxıb. Oyunun 80-ci dəqiqəsində meydanı tərk edən futbolçunu Ceyms Milner əvəzləyib.
Klubun mətbuat xidməti yarımmüdafiəçinin əzələsində problem olduğunu yazıb. Onun hansı müddətə sıraya dönəcəyi bəlli deyil.
Qol.az