19 fevral 2020 20:47
1622

Sərhəd tanımayan erməni vandalizmi

Bəşəri bəla olan qana hərisliyin ermənilərin genetik xüsusiyyətlərindən olmasının sübuta ehtiyacı yoxdur. Ötən əsrin əvvəllərindən başlayaraq azərbaycanlılara, türklərə qarşı qətliamlar törədən daşnakların qətlə yetirdikləri insanların sayı milyonları çoxdan ötüb. Qadın, kişi, uşaq, ahıl demədən günahsız insanları müsəlman olduqları üçün qətlə yetirən ermənilər son 30 ildə daha da azğınlaşaraq hitlerçilərə rəhmət oxutdururlar.

Ötən əsrin sonlarından başlayan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərbi əməliyyatlarda əzab-əziyyətlə öldürülən soydaşlarımızın başına gətirilən vəhşilikləri izləmək üçün ermənilər kimi qaniçən, qəddar olmalısan. Müharibə qanunlarına görə döyüş əməliyyatları zamanı uşaqlara, qadınlara, xəstələrə toxunulmur. Təcili tibbi yardım maşınlarına atəş açılmır. Amma beynəlxalq qanunlara əməl etməyən ermənilər üçün bu kimi məqbul qaydalar da keçərsizdir.

20 Yanvar faciəsi ərəfəsində, 19 yanvar 1990-cı ildə Sədərək rayonunu top atəşinə tutan, həyətlərində oynayan Malik və Elvin qardaşlarını qətlə yetirən ermənilər sonradan bu əməllərini başqa vaxtlarda da davam etdirdilər. Qərbi Azərbaycanda 10-13 yaşlı uşaqları dəmir boruya dolduraraq ətrafına mazut töküb yandıranlar, körpələri əzabla öldürənlər, ana ilə iki körpəsini ilanlar olan quyuya ataraq onların faciəsini gülə-gülə izləyənlər, özlərini dünyaya “əzabkeş” kimi tanıtdırmağa çalışanlar da ermənilər idi.

Daşnak ideologiyasının ən qəddar təbliğatçısı, qaniçən Zori Balayan “Ruhumun dircəlişi” kitabında müsəlmanlara qarşı kinini belə izah edir, tökülən qanları ruhunun qidası adlandırır: “ Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq.”

Tarixdə uşaq qatili kimi tanınan ermənilərin törətdikləri vəhşilikləri təsdiqləyən yüzlərlə belə fakt gətirmək olar.

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ermənilərin işğal etdikləri ərazilərdə əsir götürdükləri azərbaycanlılara qarşı amansız münasibətlərini əks etdirən, “Moskovskiy komsomolets” qəzetində dərc olunmuş “Neftyanoy sindrom” (29.01.1994) adlı məqalədə yazılır: “ ... Əsirlər var. Lakin artıq yaşamağa yararlı deyillər. Qışda onları səhərlər ayaqyalın qarın-buzun üzərinə çıxarırlar. Təpələrindən soyuq su tökür, başlarında şüşə sındırır, sonra təzədən kameraya salırlar. Əsl işgəncələr isə bundan sonra başlanır. Barmaqlarını qapının arasına qoyub qırır, çığırdıqca rezin dəyənəklə döyürlər. Çoxu əzablara tab gətirməyərək dəli olub ölür. Növbəti kəndi zəbt edən bir erməninin diri körpəni götürüb iki böldüyünü görmüşəm. Sonra bədəninin bir hissəsi ilə anasının sifətinə, başına o qədər döydü ki, övladının al qanına bulaşmış qadın dəli olub gülməyə başladı.”

Ermənilər tərəfindən bilərəkdən suya axıdılan gəlinciyə yerləşdirilmiş partlayıcı Tovuz rayon sakini 13 yaşlı Aygün Şahmalıyevanın həyatına son qoydu. Snayperdən açılan atəşlə qətlə yetirilən 9 yaşlı Ağdam sakini Fariz də erməni faşizminin qurbanlarından idi. Füzuli rayonu, Alxanlı kənd sakini, 2 yaşlı Zəhranı və nənəsini qətlə yetirən, Tovuz rayonunun Qaralar kənd sakini Ramin Yusifovu ağır yaralayan ermənilər əməlləri ilə qürur duyduqlarını həyasızcasına bildirirdilər.

Bu kimi faktları görməzdən gələn Ermənistanın başsız baş naziri Nikol Paşinyanın “Xocalı soyqırımını azərbaycanlılar törədib” kimi sayıqlamasının heç bir əsası olmadığını sübut edən sələfi Serj Sarkisyanın “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat etmək olar. Onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq” sözləridir.

“Qarabağ- qara bağ” kitabının müəllifi Tomas-de Vaala müsahibəsində Xocalı soyqırımının əsas iştirakçılarından olduğunu etiraf edən Sarkisyan Nikol Paşinyanın sələfidir. Yəni, özünü məğlubedilməz hesab edən Paşinyanın hakimiyyəti bu cür nahaq qanlar üzərində qurulub.

Xuraman İsmayılqızı, “İki sahil”