19 fevral 2020 20:52
1399

Paşinyan - “Peşkanyan” debatda mat oldu

Son günlər Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Münxen Təhlükəsizlik Konfransında açıq debatı Ermənistan mediasının və siyasi ekspertlərinin də  əsas mövzularından birinə çevrilib. Debatda Paşinyanın  məğlub durumu Ermənistan cəmiyyətində narazılıqla qarşılanıb. Konfransdan keçən qısa müddətdə istər beynəlxalq aləmdən, istərsə də Ermənistandan baş nazirin ünvanına müxtəlif qeyri-kafi fikirlər səsləndirilir. Hətta öz soydaşları belə müzakirələrdə hazırlıqsız olduğu görünən Nikol Paşinyana sərt tənqidlər yönəldirlər.

“Bağlı qapılar arxasında müzakirə başqa, iki dövlət rəhbərinin mübarizə apardığı açıq mətbuat konfransında danışmaq başqa məsələdir. Birincidə nəyin müzakirə olunacağı əvvəlcədən bilinməsə də, hər halda təxmin etmək mümkündür. Lakin mətbuat konfransı mitinqə bənzəyir. Bu, sənin üçün İrəvanda, meydanda çıxış etmək deyil. Buna əməlli-başlı hazırlaşmaq lazımdır.”  Bu fikir erməni politoloq Aleksandr Minasyan tərəfindən səsləndirilib.

Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın simasında Ermənistan tərəfinin bəyanatları və gətirdikləri əsaslar çox zəif təsir bağışlayıb. “Paşinyanın “böyük Tiqran” və Ermənistandakı inqilab haqqında fikirləri absurd,  sönük və təsirsiz idi. Hətta aparıcı belə onun nə demək istədiyini başa düşmədi”, -deyə A.Minasyan qeyd edib.

Erməni ekspertin fikrincə, bu cür dəlillər Rusiya, ABŞ, Avropa Birliyinə daxil olan iri dövlətlərin xoşuna gəlmir. Çünki həmin vaxt heç həmin dövləltərin özləri mövcud olmayıblar və bu cür bəyanatlar ölkələrin qürürunu zədələyə bilər. “Əgər Paşinyan bu yola baş vurdusa, onu ağılla və səliqəli şəkildə təqdim etməli idi. Ümumiyyətlə, tarixin dərinliyinə getməyin heç bir mənası yoxdur, çünki burada hüquqi sübutlar tarixi əsaslardan daha çox önə çıxır”,-deyə o bildirib.

Əlində nə hüquqi, nə də tarixi əsasları olmayan Ermənictan baş naziri Azərbaycan Prezidenti İlham Əliyevin məntiqli və elmi, tarixi əsaslara söykənən güclü arqumentləri qarşısında aciz vəziyyətdə qaldı. Politoloq öz baş nazirinin başına ağıl qoyur ki, Paşinyan gərək erməniləri “dünyanın ən qədim xalqı” kimi təqdim etməyəydi. Çünki bu, dünyanın qədim ölkələrində narazılıqla qarşılanar. Bizim Məşədi İbadın təbirincə desək, Paşinyan nahaq  “hənadan” söhbət saldı. 

Tarixən müxtəlif ölkələrdə kölə vəziyyətində yaşamış və fürsət düşəndə aborogen xalqlara arxadan zərbə vurmuş vətənsiz cinayətkar toplumun birdən-birə özünü “ari millət” elan etməsi yalnız rişxənd və ikrah doğura bilər. Müsəlman ölkələrində qapılarda mehtərlik, çobanlıq və nökərçililk edən ermənilərin qəflətən “ari” elan edilmələri açıq-aşkar həyasızlıqdır. Paşinyan tarixdən söhbət açsa da çaşıb qaldı, məlum oldu ki, onun tarixdən dərin biliyi yoxdur və bu, debat iştirakçılarının və yüz milyonlarla televiziya tamaşaçılarının diqqətini cəlb etdi. Dərhal bir çoxlarında fikir yarandı ki, təsadüfən dövlət başına gəlmiş bir şəxsdən bundan artıq nə gözləmək olar?!

Böyük rus şairi Aleksanr Puşkinin ermənilər barədə dedikləri hələ yaddaşlarda yaşamaqdadır: “Sən qorxaqsan, sən köləsən, sən oğrusan, sən ermənisən.”

Vəli İlyasov, “İki sahil”