20 fevral 2020 10:05
1192

"Azeri Light" bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin aprel müqaviləsinin dəyəri 0,12% artaraq 1 barrelə görə 59,19 dollar təşkil edib.

"İki sahil" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında martda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,34% artaraq 53,47 dollar təşkil edib.

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft də bahalaşıb. Azərbaycan neftinin 1 barrelə olan qiyməti 1,9 ABŞ dolları artaraq 62,12 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Martda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,20% artaraq 1,96 ABŞ dolları təşkil edib.