20 fevral 2020 12:16
3004

"Cəhənnəm qapısı" – Darvaza krateri - FOTO

Darvaza Orta Asiyada Türkmənistan ərazisində  yerləşən bir kraterdir. Nəhəng kraterin adını yaxınlıqdakı yerləşən Darvaza qəsəbədən götürülüb və dünyada diqqət mərkəzindədir. On illərdir ki, fəal şəkildə yanan krater adrenalin yaşamaq istəyən azarkeşlərin sevimli yeridir.

“İki sahil” xəbər verir ki, Türkmənistanın Darvaza qəsəbəsi yaxınlığında yerləşən bu krater "cəhənnəm qapısı" kimi tanınır. Bunun səbəbi kraterin illərdir yanmasıdır.

Darvaza yaxınlığındakı bu kraterdəki yanğın geoloqların işləri zamanı qəza nəticəsində baş verib.

1971-ci ildə qəzadan sonra meydana gələn yanğın bütün müdaxilələrə baxmayaraq söndürmək mümkün olmayıb.

Dünyanın müxtəlif yerlərindən insanlar bu nəhəng krateri görmək və burada şəkil çəkmək üçün bölgəyə axın edirlər.