Müğənni Manaf Ağayev Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub.
Bu barədə BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, Manaf Ağayevlə profilaktik söhbət aparılaraq sərbəst buraxılıb. Müğənni hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.
Qeyd edək ki, müğənni Manaf Ağayev televiziya kanalında qadınlarla bağlı zorakılığa çağırış edən fikirlər səsləndirib.
Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür
“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək