26 fevral 2020 09:24
1245

Neftin bahalaşması davam edir, təbii qaz isə...

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin aprel müqaviləsinin dəyəri 0,62% artaraq 1 barrelə görə 55,29 dollar təşkil edib.

"İki sahil" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,82% artaraq 50,31 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Martda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,27% azalaraq 1,84 ABŞ dolları təşkil edib.