26 fevral 2020 12:11
1466

Əsrin vəhşiliyi: fevralın 26-da Xocalı qətliamının növbəti ildönümüdür

Rusiyanın “Novıye izvestiya” qəzetində “Əsrin vəhşiliyi: fevralın 26-da Xocalı qətliamının növbəti ildönümüdür” adlı məqalə dərc olunub.

İvan Petrovskinin məqaləsində hərbi dövrə heç bir dəlil və istinadların Dağlıq Qarabağda münaqişə zamanı dinc vətəndaşların kütləvi qətlinə haqq qazandırmağa qadir olmadığı qeyd edilir.

Müəllif yazır ki, bəşər tarixində bir xalqın nümayəndələrinin digər xalqın nümayəndələrinə münasibətdə amansız qəddarlığının xeyli kədərli səhifələri mövcuddur. Fevralın 26-da növbəti dəfə ildönümü qeyd edilən Xocalı qətliamı belə səhifələrdən biridir. Bu, şübhəsiz ki, Dağlıq Qarabağda hərbi münaqişənin ən qaranlıq epizodlarından biridir. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərinin yüzlərlə sakini, o cümlədən qadınlar və uşaqlar qətlə yetirilib, yaralanıb, itkin düşüblər.

Məqalədə o müdhiş gecədə baş verən hadisələr barədə ətraflı bəhs edilir. “Bu cür vəhşiliyə heç bir bəraət mövcud deyil və mövcud ola da bilməz”, - deyən müəllif əlavə edir ki, bu “döyüşün” “qalibləri” bununla bərabər, dinc əhali arasında itkilərin sayını hər vasitə ilə azaldaraq qara tarixi qeyd etməməyə üstünlük verirlər. //AZƏRTAC