04 mart 2020 15:48
3270

Dünyanın ən soyuq qəsəbəsi Oymyakon FOTO

Rusiyanın şimal-şərqində Yakutiya muxtar respublikasında yerləşən Oymyakon qəsəbəsi insanların yaşadığı dünyanın ən soyuq yeri kimi qeyd edilib. Hava temperaturu mənfi 63 dərəcəyə endiyi Oymyakonda yaşayan 500 nəfər sərt qış şəraitində həyatlarını sürdürürlər.

“İki sahil” xəbər verir ki, Sibirin geniş çöllərində yerləşən bu kiçik qəsəbədə 500 nəfər yaşayır. Oymyakona getmək olduqca çətindir. Üstəlik, qışın çətin şərtləri buna əlavə olunduqda vəziyyət olduqca mürəkkəbləşir. Yakutya dilində Oymyakonun mənası "dondurmayan su" deməkdir. Ancaq bölgə ilə bağlı faktlar heç də belə deyil.

Meteorologiya agentliyinin apardığı ölçülərə görə Oymyakonda havanın temperaturu mənfi dərəcədə rekord səviyyəyə çatıb.

Rusiyanın şimal-şərq hissəsində insanların yaşadığı bu şəhərdə soyuq hava rekordu qırıldı.

1933-cü ildə ölçülən temperatur Oymyakonda qeydə alınan ən soyuq hava olub. Mənfi 63 dərəcədən aşağı olan temperatur Oymyakonu dünyanın ən soyuq yerlərindən birinə çevirib.

Təbiətin çətin şəraitində yaşamağa vərdiş edən yakutlar bu hava şəraitində yaşamağa davam edirlər.

Hava istiliyinin tez-tez mənfi 50 dərəcəyə çatdığı Oymyakonda çaydan tutulan balıqlar ən əsas qida mənbəyidir. Bundan başqa demək olar ki, hər şey bölgənin cənub hissəsindən gəlir.