Dünya koronavirusa qarşı vaksinin hazırlanacağı vaxtı səbirsizliklə gözləyir.
“Report” “Sabah”a istinadən xəbər verir ki, Almaniyanın “Hoffenheim” şirkətinin sahibi, iş adamı Ditmar Hopp vaksinin hazır olacağı tarixi açıqlayıb.
Onun sözlərinə görə, vaksin cari ilin payızınadək hazır ola bilər. O, açıqlamadan əvvəl ABŞ prezidenti Donald Trampın məsələyə dair təklifindən imtina etmişdi.
Qeyd edək ki, Ditmar Hopp 1940-cı ildə aprelin 26-da Almaniyanın Haydelberq şəhərində anadan olub. Almaniyanın tanınmış iş adamıdır. 2008-ci ildə “Forbes” jurnalı onun varidatını 1 milyard ABŞ dolları həcmində dəyərləndirib. Onun şirkəti kommerisiya məqsədli iri proqram təminatı istehsal edir.
Husilər aviaşirkətləri Səudiyyə Ərəbistanının hava məkanından yayınmağa çağırıblar
Meloni deepfeyklərlə mübarizə üçün səsini ticarət nişanı kimi qeydiyyatdan keçirir
Almaniya Hərbi Dəniz Qüvvələri Şimal dənizi sahilində ikinci baza yaratamaq istəyir