05 oktyabr 2026 19:34
87

Rusiyanın itkiləri açıqlandı - 1685-ci gün

Ukrayna müharibənin 1685-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 542 720 hərbçi, 12 393 ədəd tank, 25 487 ədəd zirehli döyüş maşını, 50 733 ədəd artilleriya sistemi, 2 182 (reaktiv yaylım atəş sistemi), 1 688 hava hücumundan müdafiə sistemi, 444 ədəd hərbi təyyarə, 356 ədəd helikopter, 2 859 ədəd yerüstü robot-texnika kompleksi, 548 095 ədəd PUA, 157 985 ədəd avtomobil texnikası, 5 126 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 793 xüsusi avadanlıq itirib.